Bakıda qadının 255 min dollarlıq qızılları dələduzluqla əlindən alınıb

Bakıda qadının 255 min dollarlıq qızılları dələduzluqla əlindən alınıb Faktla bağlı araşdırma aparılır
Hadisə
27 Yanvar , 2017 15:44
Bakıda qadının 255 min dollarlıq qızılları dələduzluqla əlindən alınıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Bakıda qadın öz həmcinsinə qarşı dələduzluq edib.

“Report”un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Məlumata görə, Baki şəhər sakini 1980-ci il təvəllüdlü Aytən İbrahimova hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, keçən ilin sentyabr ayında 1972-ci il təvəllüdlü Mənsurə Hüseynova onu aldadaraq 255 min ABŞ dolları dəyərində qızıl-zinət əşyalarını alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi