Bakı. 25 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində zorlamada təqsirləndirilən 1984-cü il təvəllüdlü Elnur Vaqif oğlu Əzizovun cinayət işi üzrə məhkəmə başa çatıb.
"Report"un məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Əzizov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E.Əzizov bu il Bakıda Y.M (ad şərtidir) adlı qadını zorlamaqda təqsirli bilinib. O, Cinayət Məcəlləsinin 150-ci (zorlama) maddəsi ilə ittiham olunub.