Yuxarı

Bakıda qadını yandırıb öldürən şəxsin məhkəməsi başlayır

Bakıda qadını yandırıb öldürən şəxsin məhkəməsi başlayır

Bakıda qeyri-rəsmi nikahda yaşadığı qadını benzin tökərək yandırmaqda ittiham edilən Ceyhun Firuz oğlu Xudabaxışovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Hakim Rasim Sadıxovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin may ayında Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsi, Dadaşov küçəsində baş verib.

1981-ci il təvəllüdlü Ceyhun Firuz oğlu Xudabaxışov qeyri-rəsmi nikahda yaşadığı 1984-cü il təvəllüdlü Raziyə Arif qızı Aslanovanın başına zərbə vurduqdan sonra onun üzərinə benzin tökərək yandırıb.

Ağır dərəcəli bədən xəsarəti alan qadın 5 saylı xəstəxanaya çatdırılıb.

C.Xudabaxışova Cinayət Məcəlləsinin 126.2.4-cü ( ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi