​Bakıda qadını xüsusi amansızlıqla öldürən şəxsin məhkəməsi başlayıb

​Bakıda qadını xüsusi amansızlıqla öldürən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası yanvarın 22-nə təyin edilib
Hadisə
14 Yanvar , 2016 18:01
​Bakıda qadını xüsusi amansızlıqla öldürən şəxsin məhkəməsi başlayıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Əmri Süleymanovun cinayət işi üzrə məhkəmə başlayıb.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 22-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2015-ci il fevralın 13-də baş verib. Bakının Buzovna qəsəbəsi ərazisində "dəniz qırağı" adlanan ərazidən Oğuz rayonunda qeydiyyatda olan, Аbşеrоn rаyоnu, Mаsаzır qəsəbəsində yаşаyаn, 1968-ci il təvəllüdlü Rzayeva Xatirə Saməddin qızının üzərində 15 bıçaq zərbəsi aşkarlanan meyiti tapılıb. İlkin istintaq zamanı müəyyən olunub ki, X.Rzayeva yüngül həyat tərzi keçirib. Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti Əmri Süleymanovun törətdiyi məlum olub. Lakin qətl törədən şəxs hadisədən sonra Azərbaycandan qaçıb. Fevralın 17-də isə Ə.Süleymanov Rusiyanın paytaxtı Moskvada qatardan düşən kimi saxlanılıb. Daha sonra Rusiya hüquq-mühafizə orqanları X.Rzayevanı öldürən şəxsi Azərbaycana təhvil verib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən аdаm öldürmə) mаddəsi ilə cinаyət işi açılıb.  

Son xəbərlər

Orphus sistemi