Bakıda yol qəzası baş verib.
Bu barədə "Report"a
Belə ki, fevralın 19-da, saat 8 radələrində Nəsimi rayonu ərazisində piyada keçidində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini V.Ələkbərova vurulub və piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.
Nəsimi Rayon Polis İdarəsi (RPİ) 19-cu Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Renault” markalı avtomobilin sürücüsü, Neftçala rayon sakini N.Cəfərov saxlanılıb.
Araşdırma aparılır.