Bakıda qadını soyan şəxslərin məhkəməsi başlayıb

Bakıda qadını soyan şəxslərin məhkəməsi başlayıb Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib
Hadisə
16 Sentyabr , 2015 18:34
Bakıda qadını soyan şəxslərin məhkəməsi başlayıb

Bakı. 16 sentyabr. REPORT.AZ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Neftçala rayon sakini İsmət Abbasov və Ağsu rayon sakini Röyal Mehdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası sentyabrın 30-na təyin edilib.

Xatırladaq ki, bu ilin aprel ayında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 22-də Türkan Məmmədovanın planşetini soyğunçuluq yolu ilə alan Neftçala rayon sakini İsmət Abbasov və Ağsu rayon sakini Röyal Mehdiyev tutulublar.

Qeyd edək ki, İ.Abbasov və R.Mehdiyev Cinayət Məcəlləsinin 180.2.1-ci (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi