Bakıda qadını sifarişlə öldürən şəxs məhkəmədə ifadə verib

Bakıda qadını sifarişlə öldürən şəxs məhkəmədə ifadə verib Məhkəmənin növbəti prosesi sentyabrın 28-nə təyin edilib
Hadisə
21 Sentyabr , 2016 16:18
Bakıda qadını sifarişlə öldürən şəxs məhkəmədə ifadə verib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elşad Həsənov və Rüstəm Rzayevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə E.Həsənov ifadə verib.

O, ifadəsi zamanı cinayət hadisəsini törətmədiyini deyib: "Sevil Rzayevanı mən öldürməmişəm. Qadının öldürülməsi sifarişini əmim Kərimə deyib. Onu da əmim öldürüb. Mən sadəcə ora paltar götürməyə getmişəm. Günahım yoxdur".

Məhkəmənin növbəti prosesi sentyabrın 28-nə təyin edilib.

Qeyd edək ki, həyat yoldaşı Sevil Rzayeva ilə münasibətlərində problem yaranan R.Rzayev ondan ayrılmaq qərarına gəlib. Ərinin ondan boşanmasında israrlı olduğunu görən mərhum həyat yoldaşından ona məxsus evdən və obyektdən pay verməsini tələb edib. R.Rzayev bundan sonra qətli planlaşdırıb. Çünki R.Rzayev arvadına boşandıqdan sonra mülkündən pay vermək istəməyib. Bu məqsədlə də ər 48 yaşlı yaşlı arvadının qətlə yetirilməsi üçün Elşad Həsənova 2 min manat verib. Qadın yaşadığı mənzildə qətlə yetirilib.

Son xəbərlər

Orphus sistemi