Yuxarı
    Bağlamaq

    Bakıda qadını şantaj edən şəxs saxlanılıb

    O, bu üsulla 3 ədəd mobil telefon, 5000 manat və qızıl-zinət əşyaları ələ keçirib

    Bakı. 8 dekabr. REPORT.AZ/ Bakıda qadını şantaj edən şəxs saxlanılıb. Bu barədə "Report"a Bakı Şəhər baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 12-də Qala qəsəbə sakini, 1984-cü il təvəllüdlü Vüsalə Şahbazovanı sosial şəbəkələrdə şantaj edəcəyini iddia etməklə 3 ədəd mobil telefon, 5000 manat və qızıl-zinət əşyalarını hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Tərtər rayon sakini 1991-ci il təvəllüdlü Əliş Əlişov tutulub.

    Saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq davam edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi