Bakıda qadını şantaj edən şəxs tutuldu

Bakıda qadını şantaj edən şəxs tutuldu Bakıda qadını şantaj edən şəxs tutulub.
Hadisə
18 İyun , 2021 12:44
Bakıda qadını şantaj edən şəxs tutuldu

Bakıda qadını şantaj edən şəxs tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinə müraciət edən 32 yaşlı bir qadın cari ilin mart-aprel aylarında tanışının onun videogörüntülərini sosial şəbəkədə paylaşacağı ilə hədələyib 8700 manat pul tələb etməsini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Abdullayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi