Bakıda qadını qətlə yetirən şəxs tutuldu

Bakıda qadını qətlə yetirən şəxs tutuldu İyunun 6-da saat 23 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində Svetlana Məmmədovanın bıçaqlanaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Hadisə
253
8 İyun , 2021 10:03
Bakıda qadını qətlə yetirən şəxs tutuldu
0 : 00
0 : 00

İyunun 6-da saat 23 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində Svetlana Məmmədovanın bıçaqlanaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Report"a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Ramil Rəhmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Svetlana Məmmədovaya xəsarətlər yetirib, sonuncu almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ramil Rəhmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi