Bakıda qadını öldürmək istəyən şəxsin məhkəməsi başlayır

Bakıda qadını öldürmək istəyən şəxsin məhkəməsi başlayır Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 
Hadisə
31 Avqust , 2020 11:34
Bakıda qadını öldürmək istəyən şəxsin məhkəməsi başlayır

Bu il fevralın 11-də Yasamal rayonu ərazisində Aytac Ağayevaya bıçaq zərbələri vurularaq qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Bu barədə "Report" Yasamal Rayon Prokurorluğundan məlumat verilib. 

İstintaqla zərərçəkmişin tanışı Afiq Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aytac Ağayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi