Bakıda qadını maşın vuraraq ağır yaralayıb

Bakıda qadını maşın vuraraq ağır yaralayıb Sürücü qaçarkən saxlanılıb
Hadisə
26 İyul , 2017 01:31
Bakıda qadını maşın vuraraq ağır yaralayıb
Foto: Report.az

Bakı. 26 iyul. REPORT.AZ/ Bakının Binəqədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, 1968-ci il təvəllüdlü Qasımova Məlahət Zülfüqar qızı Azadlıq prospektinin 8-ci mikrarayon ərazisində düşən hissəsində yolu keçmək istəyərkən "Mercedes" markalı avtomobil tərəfindən vurulub.

Onun hər iki ayağında açıq sınıq xəsarəti qeydə alınıb. Sürücü ərazidən uzaqlaşmaq istəyərkən, polislər tərəfindən saxlanılıb. Qadın xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırdır.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi