Bakıda qadını döyərək xuliqanlıq edən sürücü saxlanılıb

Bakıda qadını döyərək xuliqanlıq edən sürücü saxlanılıb Binəqədi rayonunda qadına qarşı xuliqanlıq edilib.
Hadisə
6 Dekabr , 2019 12:46
Bakıda qadını döyərək xuliqanlıq edən sürücü saxlanılıb

Binəqədi rayonunda qadına qarşı xuliqanlıq edilib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, "102” Zəng Mərkəzinə Binəqədi rayonunun Naxçıvani küçəsində “KİA” markalı avtomobilin sürücüsünün bir qadını döyərək avtomobilə oturub getməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Həmin qadının Abşeron rayon sakini Ş.Rzayeva, onu döyən şəxsin isə Bakı şəhər sakini E.Əliyev olması müəyyən edilib.

Xuliqanlığı törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Əliyev saxlanılıb.

Son xəbərlər

Orphus sistemi