Bakıda qadını döyərək planşetini əlindən alan şəxs saxlanılıb

Bakıda qadını döyərək planşetini əlindən alan şəxs saxlanılıb Bakı. 7 fevral. REPORT.AZ/ Bakıda qadını döyərək planşetini əlindən alan şəxs saxlanılıb.
Hadisə
7 Fevral , 2019 11:58
Bakıda qadını döyərək planşetini əlindən alan şəxs saxlanılıb
0 : 00
0 : 00

Bakı. 7 fevral. REPORT.AZ/ Bakıda qadını döyərək planşetini əlindən alan şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın fevralın 6-da günorta saatlarında M.Həsənov küçəsində bir nəfərin onu döyərək planşetini əlindən aldığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ş.Nəbiyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Quldurluq yolu ilə əldə etdiyi planşet polis əməkdaşları tərəfindən maddi sübut kimi ondan götürülüb.

Araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi