Bakıda qadını döyərək öldürməkdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakıda qadını döyərək öldürməkdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb
Hadisə
21 Fevral , 2017 10:17
Bakıda qadını döyərək öldürməkdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 21 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elnur İsmayılov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. 

Qərara əsasən, E.İsmayılovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb. 

Qeyd edək ki, hadisə ötən il aprel ayının 17-də Suraxanı rayonunun Bülbülə qəsəbəsində baş verib. Şabran rayon sakini, əvvəllər məhkum olunmuş E.İsmayılov qəsəbədə yaşayan Çiçək Alıyevanı mənzilində döyərək qətlə yetirib. Hadisədən 13 gün sonra E.İsmayılov Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. 

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İsmayılov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.  

Son xəbərlər

Orphus sistemi