​Bakıda qadını döyərək öldürən şəxsə hökm oxunub

​Bakıda qadını döyərək öldürən şəxsə hökm oxunub O, 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
17 Dekabr , 2015 16:41
​Bakıda qadını döyərək öldürən şəxsə hökm oxunub

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elnur İsmayılovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.İsmayılov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il aprel ayının 17-də Suraxanı rayonunun Bülbülə qəsəbəsində baş verib. Qəsəbədə yaşayan Çiçək Alıyevanı Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elnur İsmayılov mənzilində döyərək qətlə yetirib. Hadisədən 13 gün sonra E.İsmayılov Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Son xəbərlər

Orphus sistemi