Bakıda qadını döyərək bıçaqla hədələyib pulunu alan şəxs tutulub

Bakıda qadını döyərək bıçaqla hədələyib pulunu alan şəxs tutulub Həmin şəxs ev sahibəsinin tanışı olub
Hadisə
23 Avqust , 2017 12:27
Bakıda qadını döyərək bıçaqla hədələyib pulunu alan şəxs tutulub

Bakı. 23 avqust. REPORT.AZ/ Bakıda qadını döyərək bıçaqla hədələyib pulunu almaq istəyən şəxs tutulub.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 18-də rayon ərazisində yaşayan Bakı şəhər sakini Səbuhə Abdullayevanın evinə girib onu döyərək bıçaqla hədələyib 500 manat pulunu almaqda şübhəli bilinən ev sahibəsinin tanışı - paytaxt sakini, əvvəllər məhkum olunmuş Təbriz İbrahimli tutulub.

Son xəbərlər

Orphus sistemi