Bakıda yaşlı qadını cərəyan vurub

Bakıda yaşlı qadını cərəyan vurub Onun vəziyyəti orta-ağırdır
Hadisə
30 Avqust , 2017 04:32
Bakıda yaşlı qadını cərəyan vurub

Bakı. 30 avqust. REPORT.AZ/ Bakının Qaradağ rayonunda cərəyan vurması hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Müşfiqabad qəsəbəsindəki evlərdən birində qeydə alınıb.

1967-ci il təvəllüdlü Həsənova Nuridə Ələkbər qızı evdə iş görən zaman ehtiyatsızlıqdan onu cərəyan vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Son xəbərlər

Orphus sistemi