Bakı. 17
"Report"un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Q.Abdullayev və K.Cəfərzadənin hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror çıxışında hər iki şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, hadisə ötən ilin noyabr ayının 3-də Ramana qəsəbəsi, Şuşa şəhərciyində baş verib. Həmin qəsəbədə yaşayan Aynur Teymurovaya evində bıçaq xəsarətləri yetirilib. Hadisədən sonra xəstəxanaya aparılan A.Teymurovanın həyatını xilas etmək mümkün olub. Sabunçu Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi və 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakinləri - 1998-ci il təvəllüdlü Q.Abdullayev və 1999-cu il təvəllüdlü K.Cəfərzadə tutulub. Q.Abdullayevlə K.Cəfərzadə Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və 181-ci (quldurluq) maddəsi ilə ittiham olunublar.