DİN Bakıda qadını qətlə yetirdikdən sonra intihara cəhd edən şəxs barədə məlumat yayıb

DİN Bakıda qadını qətlə yetirdikdən sonra intihara cəhd edən şəxs barədə məlumat yayıb Bakıda qadını bıçaqla qətlə yetirən şəxs intihara cəhd edib.
Hadisə
110
8 İyun , 2019 14:31
DİN Bakıda qadını qətlə yetirdikdən sonra intihara cəhd edən şəxs barədə məlumat yayıb

Bakıda qadını bıçaqla qətlə yetirən şəxs intihara cəhd edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyunun 7-də Səbail rayonunun A.İsmayılov küçəsində Ağsu rayon sakini F.Abuşov mübahisə zəminində Bakı şəhər sakini olan tanışı K.Mikayılovaya bıçaqla xəsarət yetirdikdən sonra Neftçi Qurban küçəsində inşa edilməkdə olan binanın tikintisində istifadə edilən krana çıxaraq intihara cəhd göstərib.

Cəhdin qarşısı alınıb, F.Abuşov polis əməkdaşları tərəfindən saxlanılaraq 8-ci Polis Bölməsinə gətirilib.

K.Mikayılova hadisə yerində ölüb.

Araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi