Bakıda qadını avtomobillə vurub öldürən şəxs məhkəmə zalında həbs edilib

Bakıda qadını avtomobillə vurub öldürən şəxs məhkəmə zalında həbs edilib Elgün İbrahimov 6 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
20 Aprel , 2017 14:57
Bakıda qadını avtomobillə vurub öldürən şəxs məhkəmə zalında həbs edilib

Bakı. 20 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elgün İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.İbrahimov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam tədbiri isə həbs qətimkan tədbiri ilə əvəz olunub. E.İbrahimov məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini E.İbrahimov idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçmək istəyən piyada 65 yaşlı Leyla Hüseynovanı vurub. Nəticədə həmin şəxs hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan E.İbrahimovun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdi.

Son xəbərlər

Orphus sistemi