Bakıda qadını avtomobillə vuraraq qaçan sürücü saxlanılıb

Bakıda qadını avtomobillə vuraraq qaçan sürücü saxlanılıb Qadın xəstəxanaya yerləşdirilib
Hadisə
11 Avqust , 2017 11:48
Bakıda qadını avtomobillə vuraraq qaçan sürücü saxlanılıb

Bakı. 11 avqust. REPORT.AZ/ Avqustun 4-də saat 1.00 radələrində Xəzər rayonunun Binə qəsəbəsinin ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən 40-45 yaşlı qadın vurulub. 

"Report" xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb.

Qadın xəstəxanaya yerləşdirilib.

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarət alan şəxsin Salyan rayon sakini Təranə Hüseynova olması müəyyən edilib.

Hadisənin “Opel” markalı avtomobilin sürücüsü – Bakı şəhər sakini İlham Ağayev tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.

Son xəbərlər

Orphus sistemi