Bakı. 31 may. REPORT.AZ/ Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un xəbərinə görə, 1952-ci il təvəllüdlü Əliyeva Zöhrə Əli qızı "Su Sonası" şadlıq sarayının qarşısındakı yolun digər tərəfinə keçən zaman onu minik avtomobili vurub.
Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinə məlumat verilib.