Bakı. 9 yanvar. REPORT.AZ/ Bakıda qadını şantaj edən kişi tutulub. “Report” DİN-in saytına istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları həyata keçirib.
Nəticədə, Bakı şəhər sakini Günel Cavadovanı barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 3000 manat alarkən paytaxt sakini Elmir Məmmədov tutulub.
Faktla bağlı araşdırma aparılır.