Bakıda qadına və ərinə qarşı 145 min manatlıq dələduzluq edən şəxsin cəzası azaldılıb

Bakıda qadına və ərinə qarşı 145 min manatlıq dələduzluq edən şəxsin cəzası azaldılıb Bakı Apellyasiya Məhkəməsində tanış olduğu qadını aldadaraq külli miqdarda pul almaqda təqsirləndirilən Ramil Muradovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Hadisə
3 Aprel , 2019 16:50
Bakıda qadına və ərinə qarşı 145 min manatlıq dələduzluq edən şəxsin cəzası azaldılıb

Bakı Apellyasiya Məhkəməsində tanış olduğu qadını aldadaraq külli miqdarda pul almaqda təqsirləndirilən Ramil Muradovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, R.Muradovun apellyasiya şikayəti qismən təmin edilib. Belə ki, onun 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası 7 il 6 aya endirilib.

İttiham aktına əsasən, R.Muradov Sevinc Qasımova (ad və soy ad şərtidir) ilə sosial şəbəkədə tanış olub, onların aralarında yaxın münasibət yaranıb. Bu münasibətlərdən sonra R.Muradov qadına və onun ərinə qarşı, ümumilikdə, 144 min 490 manat məbləğində dələduzluq edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Muradov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi