Bakıda soyğunçuluq hadisəsi baş verib.
“Report”un xəbərinə görə, hadisə yanvarın 26-da, saat 13 radələrində, paytaxtın Yasamal rayonu, Moskva prospektində qeydə alınıb.
Belə ki, naməlum şəxs 1981-ci il təvəllüdlü F.Məmmədovanın mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirib.
Daha sonra qadın hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Elgün Hacıyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.