Bakı. 30 iyun.
"Report"un xəbərinə görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ə.Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ə.Məmmədov ötən il oktyabrın 26-da Bakı şəhər sakini Nazilə Quliyevanın içərisində 100 manat pul, mobil telefon və sənəd olan çantasını soyğunçuluq yolu ilə ələ keçirib.
Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Yevlax rayon sakini Ə.Məmmədov tutulub.
O, Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsi ilə ittiham olunub.