Bakıda qadına qarşı quldurluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda qadına qarşı quldurluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub Yalçın Ramazanov 9 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
7 Avqust , 2017 12:12
Bakıda qadına qarşı quldurluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 7 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Yalçın Ramazanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Y.Ramazanov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il yulun 27-də saat 11:00 radələrində Y.Ramazanov tanışı Nəzrin Əliyeva ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, sonuncunun analığı Tatyana Alimovanın yaşadığı Yasamal rayonunda yerləşən mənzilindən qızıl-zinət əşyalarını ələ keçirmək məqsədilə, özünü Qaz istismarı idarəsinin əməkdaşı kimi təqdim etməklə qanunsuz mənzilə daxil olaraq, hücuma məruz qalmış T.Alimovanın həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə, sonuncunun əllərini və boğazını yapışqan lentlə bağlayıb yumruqla ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə basqın edib evdə olan qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçiriblər.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.3-cü (quldurluq, yaşayış sahəsinə qanunsuz olaraq girməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində Y.Ramazanov və Nəzrin Əliyeva cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Son xəbərlər

Orphus sistemi