Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakıda qadına qarşı quldurluq edən şəxs tutulub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən sentyabrın 10-da paytaxt sakini olan bir qadının 520 manatını quldurluq yolu ilə almaqda şübhəli bilinən İmişli rayon sakini Fuad Abbasov saxlanılıb.