Bakıda qadına qarşı dələduzluq edən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Bakıda qadına qarşı dələduzluq edən şəxs məhkəmə zalından azadlığa buraxılıb Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
4 Aprel , 2017 11:52
Bakıda qadına qarşı dələduzluq edən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Bakı. 4 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elçin Əlimərdanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Əlimərdanov barəsində Cinayət Məcəlləsinin (CM) 70-ci maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Nardaran sakini E.Əlimərdanov qonşusu olan qadının həbsdəki qohumunu azad etdirəcəyini deyərək, onun etibarından sui-istifadə edərək 17 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib, lakin vədinə əməl etməyib.

O, CM-in 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi