Yuxarı
    Bağlamaq

    Bakıda qadına qarşı 88 min dollarlıq dələduzluq edilib

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 31 dekabr. REPORT.AZ/ Bakıda 67 yaşlı qadına qarşı 88 min dollarlıq dələduzluq edilib.

    "Report"un xəbərinə görə, Bakı şəhər sakini 1949-cu il təvəllüdlü Süleymanova Güləbatın Məcid qızı hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edərək dələduzluqla üzləşdiyini bildirib.

    Belə ki, 2016-ci ilin iyun ayında Sayalı adlı şəxs onu aldadaraq 12 000 ABŞ dollar pulunu və 76 000 ABŞ dollar dəyərində qızıl-zinət əşyalarını alıb.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi