Bakıda qadına mesaj yazan polis işdən çıxarıldı

Bakıda qadına mesaj yazan polis işdən çıxarıldı Daxili İşlər Nazirliyində (DİN) paytaxt ərazisində qadının polis əməkdaşı - Zahir Abbasov tərəfindən şəxsi məlumatlarının əldə edilməsi ilə bağlı aparılan araşdırma yekunlaşıb.
Hadisə
22 İyul , 2020 11:20
Bakıda qadına mesaj yazan polis işdən çıxarıldı

Polis əməkdaşı Zahir Abbasovun Bakıda xidmətdə olan zaman qadının şəxsi məlumatlarını əldə edərək sonradan ona mesaj yazması ilə bağlı Daxili İşlər Nazirliyində (DİN) aparılan araşdırma yekunlaşıb.

“Report”un xəbərinə görə, araşdırma nəticəsində Z.Abbasov daxili işlər orqanlarından xaric edilib.

DİN-in Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Sevda Mahmudova adlı qadın sosial şəbəkədə metronun “Koroğlu” stansiyasındakı keçiddən çıxarkən Z.Abbasov adlı polis əməkdaşının onun sənədlərini yoxladığı, şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra məlumatlarını yaddaşda saxladığı və daha sonra “messenger” vasitəsilə şəxsi xarakter daşıyan mesaj yazdığını bildirib. Qadının şikayətindən sonra DİN araşdırmalara başlamışdı. 

Son xəbərlər

Orphus sistemi