Bakıda qadın yanğın zamanı binadan yıxılaraq öldü

Bakıda qadın yanğın zamanı binadan yıxılaraq öldü Bakının Xətai rayonu, Süleyman Vəzirov küçəsi 17 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın zamanı 1955-ci il təvəllüdlü Leyla Manafova eyvandan yıxılaraq ölüb.
Hadisə
5 Aprel , 2020 13:42
Bakıda qadın yanğın zamanı binadan yıxılaraq öldü

Bakının Xətai rayonu, Süleyman Vəzirov küçəsi 17 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın zamanı 1955-ci il təvəllüdlü Leyla Manafova eyvandan yıxılaraq ölüb.

“Report”un məlumatına görə, bu zaman o, ağır bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, L.Manafovanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Süleyman Vəzirov küçəsində çoxmərtəbəli yaşayış binasındakı yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ramin Şahbazov 

Son xəbərlər

Orphus sistemi