Yuxarı

Bakıda qadın və uşaq qarpızdan zəhərlənərək ölüb

Hər iki faktla bağlı araşdırma aparılır

Bakı. 25 iyul. REPORT.AZ/ Bakıda azyaşlı qarpızdan zəhərlənərək ölüb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, iyulun 24-də Binəqədi rayonu ərazisində yaşayan azyaşlı Adil Həşimov qidadan (qarpız) zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.

Oxşar hadisə paytaxtın Nizami rayonunda da qeydə alınıb. Həmin ərazidə yaşayan Marina Nəcmuddinova qarpızdan zəhərlənmə ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi