Bakıda qadın sürücü zəncirvari yol qəzasına səbəb olub - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda qadın sürücü zəncirvari yol qəzasına səbəb olub - FOTO - VİDEO - YENİLƏNİB Qəza sürücünün ara məsafəsi saxlamaması nəticəsində baş verib
Hadisə
5 May , 2017 09:48
Bakıda qadın sürücü zəncirvari yol qəzasına səbəb olub - FOTO - VİDEO - YENİLƏNİB
Report.az

*** İlk xəbər 02:47-də dərc olunub. Video əlavə olunub

Bakı. 5 may. REPORT.AZ/ Bakının Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisəyə "Mercedes" markalı avtomobilin sükanı arxasında olan Elnarə Məmmədovanın ara məsafəsi saxlamaması səbəb olub.

Belə ki, Azadlıq prospektində hərəkətdə olan "QAZ-3110" markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında qəfil əyləci basıb. Onun arxasınca gələn, Yusifov Rövşən adlı sürücünün idarə etdiyi "Daewoo" markalı "taxi" də zamanında əyləcdən istifadə edə bilib. Ancaq sonda gələn E.Məmmədova idarəetməni itirərək "Mercedes"lə qarşıdakı iki avtomobilə çırpılıb.

Qəza nəticəsində hər üç maşına ciddi ziyan dəyib.

Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi