Yuxarı

Bakıda qadın sürücü təhlükəsizlik yastığının açılması nəticəsində kəllə-beyin travması alıb

Bakıda qadın sürücü təhlükəsizlik yastığının açılması nəticəsində kəllə-beyin travması alıb
Qadın xəstəxanaya yerləşdirilib

Bakı. 25 may. REPORT.AZ/ Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Bakı metropoliteninin "20 Yanvar" stansiyası yaxınlığında 1954-cü il təvəllüdlü Taharova Kəmalə İslam qızı idarə etdiyi "Hyundai" markalı avtomobildə idarəetməni itirərək yol kənarındakı səkiyə çırpılıb.

Nəticədə maşında olan təhlükəsizlik yastığı açılıb və qadın sürücü kəllə-beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi