​Bakıda qadın sürücü qəza törədib: xəsarət alanlar var - FOTO

​Bakıda qadın sürücü qəza törədib: xəsarət alanlar var - FOTO "KİA" markalı avtomobil yoldan çıxaraq hasara çırpılıb
Hadisə
22 Yanvar , 2015 05:25
​Bakıda qadın sürücü qəza törədib: xəsarət alanlar var - FOTO

Bakı. 22 yanvar. REPORT.AZ/ Bakının Xətai rayonunda xəsarətlə nəticələnən qəza baş verib.

“Report”un məlumatına görə, yol-nəqliyyat hadisəsi Nobel prospektində qeydə alınıb.

Kərimova Səbinə İlham qızı idarə etdiyi "KİA" markalı avtomobil ilə üzü şəhər istiqamətində hərəkətdə olan zaman qəfil idarəetməni itirib və yoldan çıxaraq hasara çırpılıb.

Nəticədə sürücü Səbinə Kərimova və yanındakı sərnişin xəsarət alıb. Onlar 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.

Hadisə yerinə gələn Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının apardığı araşdırma zamanı məlum olub ki, qəzaya yüksək sürət səbəb olub. Avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb.

Fakta bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi