Bakıda qadın sürücü öz həmcinsini avtomobillə vuraraq öldürüb

Bakıda qadın sürücü öz həmcinsini avtomobillə vuraraq öldürüb Bakı. 16 iyul REPORT.AZ/ Bakıda qadın piyadanı avtomobil vuraraq öldürüb.
Hadisə
16 İyul , 2018 11:38
Bakıda qadın sürücü öz həmcinsini avtomobillə vuraraq öldürüb

Bakı. 16 iyul REPORT.AZ/ Bakıda qadın piyadanı avtomobil vuraraq öldürüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində baş verib.

Belə ki, Bakı şəhər sakini Turan Məmmədova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Gülnarə Hüseynovanı vurub. Ağır bədən xəsarətləri alan qadın hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi