​Bakıda qadın sürücü 4 piyadanı vurub

​Bakıda qadın sürücü 4 piyadanı vurub Yaralılardan ikisi qardaşdır
Hadisə
30 İyul , 2015 11:14
​Bakıda qadın sürücü 4 piyadanı vurub

Bakı. 30 iyul. REPORT.AZ/ Bakıda qadın sürücü ağır yol qəzası törədib. “Report”un xəbərinə görə, hadisə Xəzər rayonunda baş verib.

Belə ki, 32 yaşlı Sevinc Rzayeva idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçmək istəyən 4 piyadanı vurub.

Piyadalar - Rüfət Muradov, Səriyyə Quliyeva, Ehtiram Abdullayev və qardaşı Fərəməz Abdullayev yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi