Bakıda qadın rəfiqəsinin başına küt alətlə vuraraq evini qarət edib

Bakıda qadın rəfiqəsinin başına küt alətlə vuraraq evini qarət edib O, evdən qızıl-zinət əşyaları aparıb
Hadisə
12 Aprel , 2017 07:05
Bakıda qadın rəfiqəsinin başına küt alətlə vuraraq evini qarət edib

Bakı. 12 aprel. REPORT.AZ/ Bakının Sabunçu rayonunda yaşlı qadının evi qarət olunub.

"Report" xəbər verir ki, hadisə Stansiyayanı küçəsində qeydə alınıb.

Belə ki, 1960-cı il təvəllüdlü Hümbətova Simuzər Qasım qızı rəfiqəsini evinə qonaq dəvət edib. Qonaq evdə qadının baş nahiyəsinə küt alətlə zərbə endirib. Nəticədə ev sahibi huşunu itirərək yerə yıxılıb. Daha sonra hadisəni törədən şəxs evdən qızıl-zinət əşyalarını oğurlayaraq özü ilə aparıb. S.Hümbətova ağır xəsarət ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi