Bakıda soyğunçuluq hadisəsi baş verib.
"Report"un xəbərinə görə, hadisə aprelin 4-ü saat 22:35 radələrində paytaxtın Zabrat qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Gülarə Zəkiyevanın bankomatdan çıxartığı 300 manat pulunu tanımadığı şəxs götürərək hadisə yerində uzaqlaşıb.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Salman Məmmədovun olduğu müəyyən olunub. Onun yerinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.