Bakıda qadın polis qəza törədib, 3 nəfər xəsarət alıb

Bakıda qadın polis qəza törədib, 3 nəfər xəsarət alıb Mətanət Abdullayeva avtomobili aşırıb
Hadisə
30 Noyabr , 2016 15:58
Bakıda qadın polis qəza törədib, 3 nəfər xəsarət alıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Bakının Qaradağ rayonunda qadın polis idarə etdiyi avtomobillə qəza törədib.

"Report"un xəbərinə görə, hadisə Səngaçal qəsəbəsində qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Abdullayeva Mətanət Çapay qızı idarə etdiyi "Nissan" markalı avtomobili aşırıb. Nəticədə sürücü də daxil olmaqla 3 nəfər xəsarət alıb.

Xəsarət alanlar 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlardan 2-si ilkin yardım göstərildikdən sonra evə buraxılıb. M.Abdullayevanın vəziyyəti isə ağırdır.

Qeyd edək ki, M.Abdullayeva Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşıdır. Xəsarət alan digər 2 nəfərin də M.Abdullayevanın iş yoldaşı olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi