Bakıda qadın piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb

Bakıda qadın piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb Bakı. 12 noyabr. REPORT.AZ/ Bakıda qadın piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
Hadisə
12 Noyabr , 2018 14:14
Bakıda qadın piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb
0 : 00
0 : 00

Bakı. 12 noyabr. REPORT.AZ/ Bakıda qadın piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, hadisə noyabrın 10-da saat 7 radələrində paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. 

Belə ki, müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Dilşad Rəhimova vurulub. Xəstəxanaya yerləşdirilmiş R.Rəhimovanın vəziyyəti qənaətbəxşdir.

25-ci Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Volkswagen” markalı avtomobilin sürücüsü, paytaxt sakini Əhmədağa Əhmədov saxlanılıb.

Nizami rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi