Bakıda qadın piyadanı vuran yük maşınının sürücüsü saxlanılıb

Bakıda qadın piyadanı vuran yük maşınının sürücüsü saxlanılıb Bakı. 11 dekabr. REPORT.AZ/ Bakıda qadın piyadanı vuraraq hadisə yerindən qaçan yük maşınının sürücüsü saxlanılıb.
Hadisə
11 Dekabr , 2018 12:47
Bakıda qadın piyadanı vuran yük maşınının sürücüsü saxlanılıb
0 : 00
0 : 00

Bakı. 11 dekabr. REPORT.AZ/ Bakıda qadın piyadanı vuraraq hadisə yerindən qaçan yük maşınının sürücüsü saxlanılıb. 

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, dekabrın 8-də saat 21 radələrində Binəqədi rayonunun Xocasən qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Leyla Şıxməmmədova vurulub. Qadına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Binəqədi rayon Polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “MAZ” markalı avtomobilin sürücüsü, paytaxt sakini Vüqar Şirinov saxlanılıb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi