Bakı. 22 dekabr. REPORT.AZ/ Bakıda avtomobil qadın piyadanı vurub. Bu barədə "Report"a Bakı Şəhər baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Xəzər rayonu Mərdəkan-Bilgəh yolunda Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Eldar Mehdiyev idarə etdiyi "VAZ-21093" markalı avtomobillə Mingəçevir şəhər sakini, 1957-ci il təvəllüdlü Sevil Mirzəyevanı vurub. Avtoqəza hadisəsində ağır bədən xəsarəti alan qadın xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsində araşdırma aparılır.