Bakıda qadın paltar asarkən yıxılaraq ölüb

Bakıda qadın paltar asarkən yıxılaraq ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
22 Aprel , 2017 08:00
Bakıda qadın paltar asarkən yıxılaraq ölüb

Bakı. 22 aprel. REPORT.AZ/ Bakıda qadın ehtiyatsızlığının qurbanı olub.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonu ərazisində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Mehdiyeva Tamaşa Fərman qızı yaşadığı binanın 7-ci mərtəbəsinin eyvanında paltar asarkən yıxılıb. Nəticədə o, hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi