​Bakıda qadın özünü dənizə atıb

​Bakıda qadın özünü dənizə atıb Məmmədova Həmidənin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib
Hadisə
26 Oktyabr , 2015 23:30
​Bakıda qadın özünü dənizə atıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu gün axşam saatlarında Bakının Səbail rayonunda 1 nəfər özünü dənizə atıb.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə” daxil olmuş məlumata əsasən, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər Məmmədova Həmidə Ramiz qızının cəsədini batdığı yerdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi