Bakıda qadın öz həmcinsinin plastik kartını oğurlayıb

Bakıda qadın öz həmcinsinin plastik kartını oğurlayıb Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
9 İyun , 2017 10:59
Bakıda qadın öz həmcinsinin plastik kartını oğurlayıb

Bakı. 9 iyun. REPORT.AZ/ Bakıda qadın öz həmcinsinin çantasından oğurluq edib.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Can Əliyevanın çantasından plastik kartını oğurlayıb hesabındakı 160 manat pulu çıxarmaqda şübhəli bilinən paytaxt sakini Aytac Bəkirova saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi