Bakı. 24 noyabr. REPORT.AZ/ Bakıda 33 yaşlı qadın yıxılması nəticəsində xəsarət alıb.
"Report"un xəbərinə görə, hadisə Xəzər rayonu Binə qəsəbəsi, Atçılıq massivində qeydə alınıb.
Belə ki, 1983-cü il təvəllüdlü Bağırova Bahar Xankişi qızı bədənin sol hissəsindəki bıçaq yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. B.Bağırovanın vəziyyəti orta-ağır qiymətləndirilir.
Qadının dediyinə görə, övladı alma soyarkən onun üzərinə düşüb. Nəticədə övladının əlində olan bıçaq qadına xəsarət yetirib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsində araşdırma aparılır. B.Bağırovanın izahatı alınıb.