​Bakıda qadın məsləhətxanasında yanğın olub

​Bakıda qadın məsləhətxanasında yanğın olub Məsləhətxananın döşəməsi və altında quraşdırılmış elektrik açarları yanıb
Hadisə
8 Avqust , 2016 04:45
​Bakıda qadın məsləhətxanasında yanğın olub

Bakı. 8 avqust. REPORT.AZ/ Ötən gün axşam saatlarında Bakının Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə vətəndaşa məxsus ümumi sahəsi 37 m2 olan təmirə dayanmış qadın məsləhətxanasının döşəməsi 0,5 m2 sahədə və döşəmənin altında quraşdırılmış 3 ədəd elektrik açarı yanıb.

Qadın məsləhətxanasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi